17 oktyabr 2024 at 18:07
Jurnalist kodu: 5564
Xəbər kodu: 85631045
T T
0 Persons

Tags

Hərbi Dəniz Qüvvələri Komandiri: Düşmənin istənilən hücumuna sərt reaksiya verəcəyik

Tehran - İRNA - İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani düşmənlərin istənilən avantürasına qətiyyətlə cavab veriləcəyini vurğulayaraq deyib: “Düşmənlərin istənilən hücumuna reaksiyamız çox sərt olacaq və onlara ağır zərbə vurulacaq.”

İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani “Əl-Mayadin” telekanalına müsahibəsində bildirib: “Düşmənlərin təhdidləri onların zəifliyindən qaynaqlanır və onlar bizə qarşı özünü göstərmək istəyirlər.”

Admiral əlavə edib: “Ötən onilliklər ərzində biz düşmənlərin bütün təhdid və sui-qəsdləri, onların sanksiyaları ilə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq.”

Şəhram İrani vurğulayıb: “İslam İnqilabının Böyük Rəhbərinin dediyi kimi, düşmənlərin hərəkətləri qarşısında mülayimlik göstərməyəcəyik, reaksiyamız hesablanmış və vaxtında olacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .